|
|
|
|

Serbiya Azərbaycana iki ölkə arasında viza rejimini ləğv etməyi təklif edib.
APA-nın xəbərinə görə, bu barədə Serbiyanın Azərbaycadakı səfiri Zoran Vayoviç bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, serb tərəfi Azərbaycana qısamüddətli vizaların ləğvini təklif edir: “Hazırda bu məsələyə baxılır. Müsbət həll olunarsa, bu addım iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirəcək, ticarət və turizm əlaqələrinin güclənməsinə təkan verəcək”.
Qeyd edək ki, Serbiya 2010-cu ildə Türkiyə ilə viza rejimini ləğv edib.



