Ermənilər Tərtərin Qapanlı kəndi yaxınlığında çəkiliş edən jurnalistləri atəşə tutublar.
525.az-ın AzərTAc-a istinatən xəbərinə görə, jurnalistlərin kənddə çəkiliş etdiyini görən erməni hərbçilər əraziyə atəş açmağa başladıqdan sonra media nümayəndələri kəndi tərk etməyə məcbur olublar.
Həmin an lentə alınan videonu təqdim edirik.
Qeyd edək ki, Qapanlı kəndi erməni mövqeləri tərəfindən mütəmadi izlənir və hər hansı hərəkət olduqda dərhal hədəfə alınır.