Ağcabədi rayonunda Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatlarına və cəbhədəki vəziyyətlə əlaqədar Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə dəstək aksiyası keçirilib.
Aprelin 5-də Ağcabədi rayonunda Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatlarına və cəbhədəki vəziyyətlə əlaqədar Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə dəstək aksiyası keçirilib.
Tədbirdə İcra başçısı Şahin Məmmədovun iştirakı ilə rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, kənd icra nümayəndəlikləri, bələdiyyələr, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər, Qarabağ müharibəsi əlilləri, veteranlar, ictimaiyyət nümayəndələrinin qatıldığı aksiya iştirakçıları şəhərin mərkəzində yerləşən Füzuli küçəsindən Heydər Əliyev parkına yürüş ediblər.
Yürüş iştirakçıları Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların qanını yerdə qalmayacağını söyləyiblər.
Yürüş boyu vətənpərvərlik haqqında şüarlar səsləndirilib.
İştirakçılar torpaqlarımızın erməni separatçılarından azad edilməsi uğrunda döyüşlərə hazır olduqlarını, Ali Baş Komandanın əmrini səbirsizliklə gözlədiklərini dönə-dönə bildiriblər.