ANS-in xüsusi müxbiri Füzuli rayonu istiqamətində olan ərazilərdən son məlumat verib.
Axşam.az-ın məlumatına görə, o, gecə boyunca müxtəlif istiqamətlərdən atəş səsləri eşitdiklərini bildirib.
"Biz Füzuli rayonunun Alxanbəyli kəndindəyik. Bura rayonun təmas xəttinə ən yaxın olan kəndi hesab edilir. Gecə saat 4-dən 5-ə kimi erməni silahlı qüvvələri atəş açıblar".