|
|
|
|

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 6-da Qəbələ rayonunda Oğuz, Şəki və Qəbələ rayon sakinlərini qəbul edəcək.
Komitədən 525.az-a verilən məlumata görə, qəbul Qəbələ şəhəri Mədəniyyət Mərkəzində saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Gündüz Paşayev. Tel: (02424) 4-36-21, mob: (070) 713-23-20, e-mail:[email protected].



