|
|
|
|

Gürcüstanın baş naziri Qeorgi Kvirikaşvili müqəddəs Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib.
"Report"un Gürcüstan bürosunun məlumatına görə, baş nazir müsəlmanlara sülh və əmin-amanlıq arzulayıb.
Baş nazirin təbrik məktubunda deyilir:
“Səmimi qəlbdən müsəlman vətəndaşlarımızı Ramazan ayının başlanması münasibəti ilə təbrik edirəm. Bu bayram hər bir müsəlman üçün çox mühüm əhəmiyyət kəsb edir. Sizin hamınıza sülh, xoşbəxtlik və firavanlıq arzulayıram”.



