”Məzarlıqlar haqqında” xüsusi qərar layihəsinin bu yaxınlarda Nazirlər Kabineti tərəfindən normativ-hüquqi akt kimi qəbul edilməsi gözlənilir”.
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, bu məsələ ilə əlaqədar Nazirlər Kabinetində işçi qrupun bir neçə toplantısı keçirilib:
“Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə işçi qrupun bununla bağlı keçirdiyi toplantılar və müzakirələr nəticəsində qərar layihəsi üzərində iş yekunlaşıb”.
M. Qurbanlı qeyd edib ki, normativ-hüquqi akt qəbul edildikdən sonra Azərbaycanda yeni salınan məzarlıqların idarə olunması ilə bağlı yeni qaydalar tətbiq ediləcək:
“Şəhid məzarları ilə bağlı məsələ isə qeyd edilən qərar layihəsində deyil, başqa qanunda öz əksini tapıb.
Hazırda şəhidlərin statusunu özündə ehtiva edən qanunlarda şəhid məzarlarının fərqləndirilməsi konkret əks olunub”.