Azərbaycanın tanınmış arxeoloq- tarixçisi, tarix elmləri namizədi Fazil Osmanov vəfat edib.
APA-nın xəbərinə görə, Fazil Lətif oğlu Osmanov 1936-cı il mayın 10-da Ağsu rayonunun Sanqalan kəndində anadan olub.
Sabir adına Şamaxı Pedaqoji Texnikumunda orta ixtisas təhsili alıb, Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universitetinin) tarix fakültəsində oxuyub.
1968-ci ildə "Qafqaz Albaniyasının maddi mədəniyyəti (e.ə. III – b. e. III əsrləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb.