|
|
|
|

7 aydır Azərbaycanda fəaliyyətə başlayan “Rhazes Global” şirkəti Türkiyənin üç məşhur xəstəxanası – “American Hospital”, “Koç University Hospital” və “MedAmerican” Tibb Mərkəzinin ölkəmizdəki rəsmi təmsilçisidir.
Şirkətin qurucusu Elçin Bağırov fəaliyyət istiqamətləri barədə Axşam.az-a danışıb:
"7 ildir tibbi-turizm sahəsində çalışıram. 2010-cu ildə bu sahə üzrə Ankarada öz şirkətimi qurdum. Bunadək “Medical Park" xəstəxanalar qrupunda məsləhətçi, "Kolan" xəstəxanalar qrupunda isə rəhbər vəzifəsində olmuşam. Gürcüstanda da ofisimiz fəaliyyət göstərir. Hədəfimiz gələcəkdə bu ölkələrin səhiyyə sisteminə dəstək verməkdir".
E.Bağırov bildirib ki, "American Hospital" Türkiyənin ilk özəl xəstəxanasıdır:
"Bu tibb mərkəzinin arxasında "Koç Holding" dayanır. “American Hospital” isə Türkiyədə xəstə hüquqlarını qoruyan ilk departament qurduğuna görə hər zaman seçilib. Bizə müraciət edən xəstələr haqda məlumatları bəhs etdiyim xəstəxanalara yönləndiririk. Daha sonra müalicə, onun qiymətləri, neçə gün orda qalacağı, harada yerləşdiriləcəyi barədə xəstəyə informasiya verilir. Ehtiyac olarsa, hətta təyyarə biletinin alınmasına kimi xəstəyə yardım edirik. Həmçinin lazım olduğu təqdirdə "təyyarə ambulansı" təşkil etmək imkanımız var. Biz “Vehbi Koç Fondu”nun sağlamlıq quruluşlarının rəsmi təmsilçisiyik".
Şirkətin qurucusunun sözlərinə görə, onları rəqiblərindən fərqləndirən bir neçə cəhət var:
"American Hospital"ın həkimləri çox peşəkardırlar. Onlar Avropada ən çox tanınan yüz həkim sırasındadır. Peşəkarlıq baxımından xeyli üstünük. "Koç University Hospital" xəstəxanasına dünyada ilk onluqda yer alan "Canon" dizayn verib. Xəstəxana yüksək şəraitə sahibdir. Digər xəstəxanalarda olmayan müalicə üsulları, "living heart" (yaşayan ürəyə əməliyyat), M.D.Anderson (onkologiya) xidmətlərimiz arasında var. Artıq son bir ay ərzində 12-13 xəstə bizə müraciət edib".
E.Bağırov Azərbaycanda klinika açmaq barədə fikirlərinin olduğunu deyib:
"İstəyirik bəzi xəstələrimizi daha Türkiyəyə göndərməyək, yalnız burada müayinə edək. Ağır xəstələri isə Türkiyəyə yönləndirmək lazımdır. Bu baxımdan Azərbaycan Tibb Universiteti, tədris-cərrahiyyə korpusu və digər xəstəxanalarla işbirliklərimiz davam edir. İşçi heyəti azərbaycanlılardan ibarət olacaq. Türkiyədən gələn həkimlər isə ay ərzində bir-iki dəfə təlim keçəcəklər".
Ünvan: Süleyman Rəhimov 179 A
Tel: 0994 12 4048515
www.facebook.com/rhazesglobal



