"Petkim Petrokimya Holding A.Ş."-yə məxsus olan və İzmir şəhərinin Aliağa adlanan ərazisində yerləşən bir neçə obyektdə Türkiyənin hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində 11 nəfər saxlanılıb.
"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məhkəmə aralarında "Petkim"in vəzifəli şəxslərinin də olduğu 31 nəfərin həbsinə dair qərar çıxarıb.
Onlardan 11 nəfəri daha əvvəl İstanbul və Manisa şəhərlərində saxlanılıb.