Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyi (İB) Xəzər rayon İcra Hakimiyyətini məhkəməyə verib.
APA-nın məlumatına görə, birlik Xəzər rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin 1 iyun 1989-cu il tarixində Eyyub Cabbarlı adlı vətəndaşın adına verilən qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati iqtisad Məhkəməsinə müraciət edib.
Lakin məhkəmə iddianı mümkün saymayıb.
Həmin qərarla razılaşmayan İB isə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Şikayətə məhkəmədə baxılacaq.