https://525.az/img/pics/medium/2026-07/398166_bdmsf7xtk5.jpg Jurnalist kimdir?
https://525.az/img/pics/medium/2026-07/398150_z6oou6uzi6.jpg Mavi ekranlardan Milli Mətbuat Gününə baxış...
https://525.az/img/pics/medium/2026-07/398119_pfqy89o89q.jpg Milli Mətbuat Gününə oxucu təbriki
https://525.az/img/pics/medium/2026-06/394078_x5krpk1unm.jpg "Peşəkar jurnalistika tarazlığı qoruyub saxlayacaq" - Mətbuat Şurasının sədri
search
22 İyul 2026

Cüdoçularımız Rio-de-Janeyroda mükafatlandırıldılar - Fotolar

Cüdoçularımız Rio-de-Janeyroda mükafatlandırıldılar - Fotolar

Rio-de-Janeyrodakı Atletlər kəndində, Azərbaycan nümayəndə heyətinin qərargahında XXXI Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk səkkizlikdə yer almış cüdoçularımız Rüstəm Orucov və Orxan Səfərovun mükafatlandırılması mərasimi təşkil olunub.

525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, şef-de-mission İlham Mədətov, cüdoçular və məşqçilər iştirak ediblər.

İlham Mədətov Azərbaycana ilk gümüş medalı qazandırdığına görə Rüstəm Orucova təşəkkürünü bildirib. O vurğulayıb ki, R.Orucovun medal qazanması digər idmançılar üçün də stimul olacaq, onlara qələbə əzminin artmasında böyük ruh yüksəkliyi verəcək.

Daha sonra İlham Mədətov Rüstəm Orucova və Orxan Səfərova Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və “Rio-2016” Təşkilat Komitəsinin sədri Karlos Vuzmanın imzaları ilə sertifikatları təqdim edib.

Cüdoçularımız Rio-de-Janeyroda mükafatlandırıldılar - Fotolar

Cüdoçularımız Rio-de-Janeyroda mükafatlandırıldılar - Fotolar

Cüdoçularımız Rio-de-Janeyroda mükafatlandırıldılar - Fotolar

Şəkil sayı: 3
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.