Avqustun 16-da Əməkdar mədəniyyət işçisi Vaqif Babayev uzun sürən xəstəlikdən sonra vəfat edib.
525.az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə,Vaqif Bababyev 5 mart 1943-cü ildə Bakı şəhərində anadan olub.
O, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
V.Babayev müxtəlif vaxtlarda Azərbaycan Dövlət Konservatoriyasında, Dövlət Teleradio Verilişləri Şirkətində, Əlcəzair Demokratik Xalq Respublikaasının Milli Musiqi İnstitutunda, Dövlət Kamera Orkestrində, Azərbaycan Bəstəkarlar İttifaqında, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində, Suriya Ərəb Respublikasının Ali Musiqi İnstitutunda, Bakı Musiqi Akademiyasında orkestr artisti və müəllim vəzifələrində çalışıb.
Uzun müddət Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin Təhsil sektorunun müdiri vəzifəsində işləyib.
2013-cü ildə “Əməkdar mədəniyyət işçisi” mükafatına layiq görülüb.