NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlı barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmənin keçiriləcəyi tarix məlum olub.
Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, apelyasiya şikayətinə avqustun 18-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Prosesə hakim Vaqif Mursaqulov sədrlik edəcək.
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində avqustun 13-də 4 aylıq həbs qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib.
E. Qəhrəmalıya Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi açılıb.