|
|
|
|
Bu gecə saat 1:40 radələrində Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsinin əsgəri ölüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Əliyev Elman Telman oğlu yüksək dağlıq şəraitində döyüş növbəsi çəkərkən qəflətən dünyasını dəyişib.
Ölümün hansı səbəbdən baş verdiyi tibbi ekspertiza tərəfindən müəyyənləşdirildikdən sonra bu barədə ictimaiyyət məlumatlandırılacaq.