|
|
|
|
Azərbaycanda tanınmış teleaparıcı qəzaya düşüb. Milli.az-ın məlumatına görə, "Space" kanalının xəbərlər proqramı, həmçinin Dövlət Yol Polisi ilə birgə yayımlanan “Siqnal” verilişinin aparıcısı Zamirə Dadaşovanın idarə etdiyi “Hyundai” markalı avtomobil bu gün “Jiquli” markalı avtomobillə toqquşub. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.
Hadisə Nərimanov rayonu, Təbriz küçəsində baş verib. Zamirə Dadaşovanın sözlərinə görə, qəzanın baş verməsində onun heç bir günahı olmayıb:
"Aşağı sürətlə gedirdim, qəflətən "Jiquli" arxadan çırpıldı. Çox qorxdum. Özümə heç nə olmayıb. Maşının arxa hissəsinə ciddi ziyan dəyib".