|
|
|
|

Dünyanın müxtəlif ölkələrindən olan astronomlar Yer kürəsinə təhlükəli asteroidin yaxınlaşdığını bəyan edirlər.
AzərTAc “Planet–today” saytına istinadla xəbər verir ki, astronomlar bu asteroidin 2013-cü ildə Rusiyanın Çelyabinsk vilayətinə düşən meteoritdən daha da təhlükəli olduğunu deyirlər.
Diametri 50 metrdən böyük olduğu təxmin edilən asteroidin Yer kürəsinə yaxınlaşması cari il sentyabrın 4-nə təsadüf edəcəyi bildirilir.
Qeyd edək ki, Çelyabinsk vilayətinə düşən meteorit minlərlə obyektin pəncərələrini qırıb burada yaşayan insanları qorxuya salmışdı.



