https://525.az/img/pics/medium/2023-03/260636_egr12z192b.jpeg Ümumtürk miqyasında elmi yanaşma və Azərbaycan reallığı - İsa Həbibbəyli yazır
https://525.az/img/pics/medium/2024-05/312614_bgwbia4fvc.jpg Əbədi sözə çevrilən ədəbi sima -  İsi Məlikzadə-90
https://525.az/img/pics/medium/2024-05/312613_x96mt2af8o.jpg Anar Məmmədxanovun xanımı: "Mən ona çox arxayın idim"
https://525.az/img/pics/medium/2024-05/312583_dvmmzxd3jv.jpg Fransa Ukraynaya əsgər göndərdi
search
6 May 2024
5 May 2024

Azərbaycan II Ümumdünya Köçərilər Oyunlarında 15 medal qazandı - Fotolar

Azərbaycan II Ümumdünya Köçərilər Oyunlarında 15 medal qazandı - Fotolar

Sentyabrın 3-dən 8-dək Qırğızıstanın Çolpon-Ata şəhərində “II Ümumdünya Köçərilər Oyunları” keçirilib.

Azərbaycanın Qırğızıstandakı səfirliyindən 525.az-a verilən məlumata görə, oyunlara 62 ölkədən 500-dən çox idmançı qatılıb.

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi böyük nümayəndə bu oyunlarda iştirak edib.

Həmçinin, “II Ümumdünya Köçərilər Oyunları” çərçivəsində, sentyabr ayının 3-dən 7-dək Qırğızstanın Kırçın bölgəsində və Çolpon-Ata şəhərinin ippodromunda böyük mədəni tədbirlər keçirilib. Tədbirlərdə Qırğızıstan prezidenti, Prezident Aparatının, hökumətin, parlamentin yüksək vəzifəli şəxsləri iştirak ediblər.

İdmançılarla yanaşı Azərbaycandan jurnalistlər də bu oyunlara dəvət olunublar.

Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin rəhbərliyi Qırğızıstana səfər edən jurnalistlər arasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “İlham” qəzetinin baş redaktoru Əmir Pəhləvan, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Asiya üzrə müxbiri Fizuli Məcidli və digərləri var.

Azərbaycan həmçinin, mədəni tədbirlərdə də iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə Azərbaycanın Xalq artisti, opera müğənnisi Fidan Hacıyeva, opera müğənnisi Ələsgər Əliyev, həmçinin muğam xalq musiqisini ifa edən “Üçlük” qrupu (Sahib Paşazadə, Hüseyn Məlikov, Toğrul Əsədullayev) bu tədbirlərdə iştirak ediblər.

Qeyd edək ki, 2013-cü ilin avqust ayının 16-da Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçılarının III Sammitində qəbul olunan qətnaməyə əsasən 2014-cü ildən başlayaraq Ümumdünya Köçərilər Oyunları keçirilməyə başlanıb. Bu oyunların türkdilli dövlətlər arasında gələcək  əməkdaşlığın və dostluğun genişlənməsində və dərinləşməsində böyük töhfəsi olacaq.

Azərbaycan bütün idman növlərində olduğu kimi, köçərilər oyunlarında da uğurla çıxış edib, 62 ölkə arasında 15 medal (4 qızıl, 4 gümüş, 7 bürünc) qazanaraq 5-ci yeri tutub

Azərbaycan II Ümumdünya Köçərilər Oyunlarında 15 medal qazandı - Fotolar

Azərbaycan II Ümumdünya Köçərilər Oyunlarında 15 medal qazandı - Fotolar

Azərbaycan II Ümumdünya Köçərilər Oyunlarında 15 medal qazandı - Fotolar

Azərbaycan II Ümumdünya Köçərilər Oyunlarında 15 medal qazandı - Fotolar

Azərbaycan II Ümumdünya Köçərilər Oyunlarında 15 medal qazandı - Fotolar

Şəkil sayı: 5
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.