Azərbaycan Kinooperatorları Gildiyası yaradılıb.
Azərbaycan Kinorejissorlar Gildiyasından 525.az-a verilən məlumata görə, bu günlərdə Azərbaycanın professional kinooperatorları təsis yığıncağı keçirilib.
Həmin yığıncaqda Kinooperatorlar Gildiyasının yaradılması haqqında qərar qəbul edilib. Yığıncaqda Gildiyanın nizamnaməsi təsdiq olunub və tanınmış kinooperatorlar Kənan Məmmədov, Rafiq Quliyev, Adil Abbas, Nizami Abbas, Nadir Mehdiyev, Elşən Əliyev idarə heyətinin üzvləri seçiliblər.
İdarə heyətinin sədri isə Azərbaycanın əməkdar incəsənət xadimi Rafiq Quliyev seçilib.
GÜNEL