“Nida” Vətəndaş Hərəkatının daha bir üzvü istintaqa cəlb edilib.
Hərəkat üzvlərinin APA-ya verdiyi məlumata görə, “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşad Həsənov Baş Prokurorluğun Ağır Cinayətlər Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Hazırda onun izahatı alınır.