Oktyabrın 2-də Roma Papası Fransiskin Azərbaycana səfəri başa çatıb.
"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Vatikan rəsmisinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Roma Papasını baş nazirin müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycanda katolik kilsəsi rəsmiləri yola salıb.