Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Fərzanə Ağayevanın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 24-ə təyin edilib.
Qeyd edək ki, F. Ağayeva 4 il müddətinə azadlıqdan məhrum olunub. O, cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizə ilə Xətai rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin etmədiyindən F.Ağayeva apellyasiya şikayəti verib.
2014-cü il sentyabr ayının 26-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Rüfət Məmmədovla 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Fərzanə Ağayevanın müraciətləri əsasında onlar nikaha daxil olublar. Bu, Azərbaycanda ilk dəfə iki məhkumun nikaha daxil olması faktı kimi qeydə alınıb.