Son vaxtlar ölkə ərazisində yağan yağışlar nəticəsində bəzi kəndlərin ərazisini su basıb.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini direktor müavini Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, Lənkəranın dağətəyi və düzənlik kəndlərinin bir çoxunda köhnə, quru çay dərələri, kanallar təmizlənmədiyindən bir neçə kəndin ərazisi subasmaya məruz qalıb.
Onun sözlərinə görə, təhlükə zonasında təxminən 10-a yaxın kənd var, hazırda təmizlənmə işləri gedir.
E. Əlizadə qeyd edib ki, eyni vəziyyət Qubada da müşahidə olunur.