Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda aramsız yağan yağışların törətdiyi fəsadlarla bağlı məlumat yayıb.
Nazirlikdən 525.az-a verilən məlumata görə, Bakı şəhərində yağan yağışlarla əlaqədar olaraq FHN qüvvələri Binəqədi, Yasamal, Nərimanov və Sabunçu rayonlarında su basmış ərazilərdən suyu çəkir və köməksiz vəziyyətdə qalmış vətəndaşlara köməklik göstərir.