https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026
1 İyul 2026

Türkiyənin "Pop Star"ında azərbaycanlı ifaçı (Video)

Türkiyənin "Pop Star"ında azərbaycanlı ifaçı (Video)

Gənc azərbaycanlı ifaçı Kamran Əliyev "Meqa star" olmaq arzusunu gerçəkləşdirmək üçün Türkiyəyə üz tutub və ölkənin ən məşhur mahnı yarışması "Popstar"a qatılıb.
 
ANS PRESS-in məlumatına görə, Kamran 21 martda start verilən "Popsrtar 2013" yarışmasında 106 nömrəli iştirakçısıdır. İfaçı Bülent Ersoy, Sərdar Ortac, Orhan Gencəbay və Demet Akalın kimi məşhur sənətkarların qarşısında Mustafa Cecelinin repertuarından sözləri və musiqisi Ender Çabukerə məxsus "Es" mahnısını oxuyub.

Əsəri səsləndirdikdən sonra münsiflər heyəti onun ifaçılıq məharətini bəyəndiklərini, buna baxmayaraq mahnının Kamranın səsinə oturmadığı bildirdilər. Buna baxmayaraq Kamran yüksək xallar alıb - onun ifasını Demet Akalın 10, Serdar Ortac 8, Orhan Gəncebay 9, Bület Ersoy 8 balla qiymətləndirib.

Nəticədə azərbaycanlı ifaçı 13 həftə davam edəcək "Popstar 2013" mahnı yarışmasının növbəti həftəsinə keçmək şansı qazanıb. Aşağıdakı videoçarxda 3-cü dəqiqədən sonra Kamranın çıxışını izləyə bilərsiz:

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.