https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026
1 İyul 2026

Castin Biber həbs edilə bilər

Castin Biber həbs edilə bilər

Məhkəmə kanadalı pop-müğənni Castin Biberi (Justin Bieber) təhqiredici əməldə günahkar saysa, o, cinayət məsuliyyətinə cəlb edilə bilər.
 
ANS PRESS-in dünya mətbuatına istinadən verdiyi məlumata görə, 19 yaşlı ifaçı bu yaxınlarda Los-Ancelesdən qayıdıb. Özündən tez çıxması ilə tanınan Castin öz evinin yaxınlığında qonşusu ilə mübahisə edib.

Müğənni bu mübahisənin sadəcə söz davası olduğunu desə də, qonşu Castinin onun üzünə tüpürdüyünü iddia edir.

Cinayət qanunları üzrə eksperlər təsdiq edirlər ki, əgər Biberin qonşusu bu işin üstünə ciddi şəkildə düşərsə, onu 6 aylıq həbsxana cəzası və 1000 dollar cərimə gözləyir.

Lakin hələ Castin Biberə məhkəmədən çağırış vərəqi gəlməyib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.