|
|
|
|

Qafqaz Universitetinin “Azərbaycan multikulturalizmi” elm-tədris mərkəzi tərəfindən təşkil olunmuş “Səfir saatı”nın ilk qonağı İndoneziya səfiri Hüsnan Fənani olub.
Universitetdən 525.az-a verilən məlumata görə, “İndoneziyada multikulturalizm, plüralizm və tolerantlıq” mövzusunda mühazirə ilə çıxış edən səfir öncə İndoneziya haqqında ümumi məlumat verərək ölkəsinin dünyada mədəniyyət üzrə supergüc olduğunu bildirib.
Eyni zamanda, altı böyük din mənsublarını vahid çətir altında toplamağı bacarmış İndoneziya mədəniyyətinin Azərbaycan multikulturalizmi ilə ortaq xüsusiyyətlərə sahib olduğunu vurğulayıb.
Dinamik şəxsiyyəti ilə mühazirəsini daha da maraqlı edən səfir Qafqaz Universiteti tələbələrini İndoneziyada təhsil imkanları ilə də tanış edərək onları ölkəsinə dəvət edib.
Tələbələrin ünvanladığı sualları cavablandırdıqdan sonra görüş “Azərbaycan multikulturalizmi” elm-tədris mərkəzində davam etdirildi və iki ölkə arasında gələcək əməkdaşlıqlar müzakirə edilib.



