Qazaxıstanın paytaxtı Astanada “Heydər Əliyev-Azərbaycan xalqının ümummilli lideri. Azərbaycanın müstəqilliyinin 25 ili” adlı beynəlxalq konfrans keçirilib.
525.az-a verilən məlumata görə, konfransın rəsmi hissəsinə Heydər Əliyevə həsr olunan video-çarxın nümayişi ilə start verilib.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Heydər Əliyevin dövlətimizin müstəqilliyi uğrunda gördüyü xidmətlərdən danışıb.
Diplomat qeyd edib ki, tarixi şəxsiyyətlərdən biri olan siyasətçi hələ sovet dönəmində Azərbaycanda ciddi islahat və quruculuq işlərini həyata keçirib.
Daha sonra Beynəlxalq Türk Akademiyasının prezidenti Dərxan Kıdırəli, Türk dünyası Ağsaqqallar Şurasının üzvü Adil Axmedov, Tarix İnstitutunun direktoru Burkit Ayaqan, Milli Avrasiya Universitetinin professoru Bolat Komekov və Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Cəfərov ulu öndər Heydər Əliyevin idarəçiliyindən danışıb.