|
|
|
|

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edəcək.
Xidmətdən 525.az-a verilən məlumata görə, gələn ayın 18-i, 10:00-da xidmətin Mingəçevir şəhər şöbəsinin inzibati binasında Gəncə, Mingəçevir şəhərlərinin, Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların yanvarın 16-dək Dövlət Xidmətinin adları qeyd olunan rayon, şəhər şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.



