https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
search
3 May 2024
2 May 2024

Malavi prezidentiylə Madonna arasında qalmaqal

Malavi prezidentiylə Madonna arasında qalmaqal

Malavi Prezident Administrasiyası məşhur müğənni Madonnanı ifrata varan tələblər irəli sürməkdə və şantajda ittiham edib.

"Sky News"in xəbərinə görə, Malavi Prezident Administrasiyasının bəyanatında Madonnanın bütün dünyada məşhur müğənni olduğu bildirilib, amma qeyd edilib ki, bu məşhurluq müğənninin hansı bir ölkəyə səfəri zamanı dövlət səviyyəsində qarşılanması kimi bir öhdəlik doğurmur: "Hətta buna layiq olsa belə, dövlət səviyyəsində qəbul yalnız könüllü şəkildə həyata keçirilə bilər, məcburi şəkildə deyil".

Malavi Prezident Administrasiyasının bu açıqlaması Madonnanın nümayəndələrinin şikayətindən sonra verilib. Məşhur müğənninin nümayəndələri Malavi iqtidarının yerli hava limanının VİP salonunu onlara verməkdən imtina etdiyini bildiriblər.

Malavi rəsmiləri isə xeyriyyə aksiyalarında iştirak edən Madonnanın öz xidmətlərini şişirtdiyini, ucuz popolyarlıq arxasınca qaçdığını qeyd ediblər: "O bütün dünyaya malavili uşaqların taleyilə maraqlandığını elan edərək ucuz populyarlıq arxasınca qaçır və eyni zamanda bu ölkəni özünə daima borclu sayır. Yaxşılıq təmiz ürəklə edilməli və anonim olmalıdır. Belə deyilsə, bu, yaxşılıq deyil, başqa şeydir. Ən yaxşı halda şantajdır".

Madonnanın mətbuat katibi Trevor Neylson isə bu bəyanatla bağlı başqa versiya irəli sürüb. O bildirib ki, Malavi prezidenti Coys Banda bacısının Madonnanın bu ölkədə qurduğu xeyriyyə fondunun rəhbərliyindən uzaqlaşdırılmasına hirslənib. Neylson qeyd edib ki, Madonna bu fonddan 3,8 milyon dollar yoxa çıxdığı üçün prezidentin bacısını vəzifəsən uzaqlaşdırmaq məcburiyyətində qalıb. Mətbuat katibi bildirib ki, Madonna heç vaxt özünə xüsusi münasibət tələb etməyib və bu səbəbdən də Malavidə adi vətəndaşlarla birlikdə pasport növbəsində durub.

TRT

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.