Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaqı, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində zəif qar yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 4-6° şaxta, gündüz 1-3° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq, nisbi rütubət 85-95 % təşkil edəcək. Yollar buz bağlayacaq.
Bəzi rayonlarda qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 15-20° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir.