https://525.az/img/pics/medium/2024-05/312742_o2elmmb42l.jpg “525-ci qəzet”in 7 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-09/284146_5ffmi927on.png "Böyük Qayıdış"ın sürətlə reallaşması böyük strateji əhəmiyyət daşıyır
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-05/312704_5cpv6qeev8.jpg İnnovativ dərsliklərdə QR kod istifadəsi
search
6 May 2024

Tomas Müller: "Azərbaycan ciddi rəqibdir"

Tomas Müller: "Azərbaycan ciddi rəqibdir"

"Özümüzü çox güclü və rəqibi zəif hesab etmək bizə başucalığı gətirməz".

Apasport.az saytının məlumatına görə, bunu Almaniya yığmasının hücumçusu Tomas Müller deyib.

Bundestim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq. Qarşılaşma ilə bağlı Almaniya mətbuatına danışan Müller komandamıza hörmətlə yanaşdıqlarını bildirib.
 
Ulduz futbolçu məqsədlərinin seçmə mərhələdə itkisiz yollarına davam etmək olduğunu vurğulayıb: "Futbolda inkişaf edən komandalara qarşı diqqətli olmaq və onlara hörmət etmək məcburiyyətindəsən. Bizim son dünya çempionu olmağımız hər şeyin bitdiyi anlamına gəlməməlidi. İndi qələbəni adla deyil, meydandakı oyununla qazanırsan. Biz hər görüşdə olduğu kimi, Azərbaycana da ciddi rəqib gözü ilə baxırıq. Məsuliyyətimizi dərk edirik və Almaniyaya növbəti qələbə ilə qayıtmaq əzmindəyik".
 
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Almaniya oyunu saat 21:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.