Aprelin 12-də Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Fondun prezidenti Günay Əfəndiyeva və Mərkəzin baş direktoru Halit Eren imzalayıblar.
Memorandumun imzalanması türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi işinin daha mütəşəkkil formada aparılmasına imkan verəcək.
Sənəddə bir sıra ortaq layihələrin reallaşdırılması nəzərdə tutulur.