https://525.az/img/pics/medium/2024-05/312742_o2elmmb42l.jpg “525-ci qəzet”in 7 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-09/284146_5ffmi927on.png "Böyük Qayıdış"ın sürətlə reallaşması böyük strateji əhəmiyyət daşıyır
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-05/312704_5cpv6qeev8.jpg İnnovativ dərsliklərdə QR kod istifadəsi
search
6 May 2024

"Yuventus" və "Monako" yarımfinalda

"Yuventus" və "Monako" yarımfinalda

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Qol.az-ın məlumatına görə, keçirilən 2 oyunla yarımfinalçıların tam siyahısı məlum olub.

Əsas diqqətlər “Nou Kamp”a yönəlib. “Barselona” öz meydanında “Yuventus”dan ilk görüşdə alınan 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Lakin Kataloniya klubunun PSJ ilə matçda olduğu kimi sensasiyaya gücü çatmayıb. Qolsuz başa çatan oyun "Yuventus"un yarımfinala çıxmasını təmin edib.

“Monako” isə “Borussiya” ilə matçda sərfəli nəticəni qoruyub. İlk görüşdə 3:2 hesabı ilə qalib gələn “Knyazlıq klubu” bu dəfə 3:1 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.

Beləliklə, yarımfinalda "Real", "Atletiko", "Yuventus" və "Monako" mübarizə aparacaq.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

19 aprel

22:45. “Barselona” (İspaniya) - “Yuventus” (İtaliya) - 0:0
İlk oyun
- 0:3

22:45. “Monako” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) - 3:1
Qollar
: Mbappe, 4 (1:0), Falkao, 17 (2:0), Roys, 48 (2:1), Jermen, 81 (3:1)
İlk oyun - 3:2

18 aprel

“Real” (İspaniya) - “Bavariya” (Almaniya) 4:2
Qollar
: Levandovski, 53-pen (0:1), Ronaldo, 76 (1:1), Ramos, 78-avtoqol (1:2), Ronaldo, 105 (2:2); 109 (3:2), Asensio, 112 (4:2)
İlk oyun - 2:1

“Lester” (İngiltərə) - “Atletiko” (İspaniya) 1:1
Qollar
: Nigez, 26 (0:1), Vardi, 61 (1:1)
İlk oyun - 0:1

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.