https://525.az/img/pics/medium/2024-05/312742_o2elmmb42l.jpg “525-ci qəzet”in 7 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-09/284146_5ffmi927on.png "Böyük Qayıdış"ın sürətlə reallaşması böyük strateji əhəmiyyət daşıyır
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-05/312704_5cpv6qeev8.jpg İnnovativ dərsliklərdə QR kod istifadəsi
search
6 May 2024

"Arsenal" Arda Turanla yaxından maraqlanır

"Arsenal" Arda Turanla yaxından maraqlanır

"Barselona"nın yarımmüdafiəçisi Arda Turan karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə yığmasının üzvü ilə "Arsenal" yaxından maraqlanır.

"Topçular" 30 yaşlı futbolçunu yayda heyətlərinə qatmağı planlaşdırırlar. Tərəflər arasında görüş keçirildiyi və müqavilənin detallarının müzakirə olunduğu bildirilir.

"Arsenal" rəhbərliyi Ardanı hələ də yeni sözləşməyə qol çəkməyən və mövsümün sonunda London klubunu tərk edəcəyi gözlənilən Məsut Özilin yerinə transfer etmək niyyətindədi. Danışıqlar müsbət nəticələnsə, bu keçid ingilislərə 20 milyon funt-sterlinqə başa gələcək.
 
Qeyd edək ki, karyerası ərzində "Qalatasaray", "Manisaspor" və "Atletiko" (Madrid) klublarının da formaısnı geyinmiş Arda Turan 2015-ci ildən "Barselona"nın üzvüdür.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.