
Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurası avtobuslarda gediş haqqının təsdiqlənməsi ilə bağlı qərar qəbul edib. Aprelin 26-da qəbul edilən qərarla şəhərdaxili marşrutlarda sərnişindaşıma tarifi əvvəlki kimi 20 qəpik təsdiqlənib, şəhərətrafı və qəsəbələrarası marşrutlar isə mövcud tariflərə uyğun olaraq məsafələr üzrə qruplaşdırılıb.
İqtisadi İnkişaf Nazirliyi bəyan edir ki, heç bir avtobus marşrutunda gediş haqqı dəyişikliyi yoxdur. Lakin bəzi martşrut sahibləri və sərnişinlər bunun əksini iddia edirlər.
202 saylı avtobus xəttinin daxil olduğu “Çinar-Trans” MMC-dən ANS PRESS-ə verilən məlumata görə, bu avtobus xəttində gediş haqqı 20 qəpik olub. İndinin özündə də həmin xətt üzrə hərəkət edən avtobusda gedişhaqqı 20 qəpikdir. Gediş haqqının qalxması barədə hələlik onlara heç bir məlumat verilməyib. Tarif Şurasının açıqladığı siyahıda isə 202 saylı marşrutda gediş haqqı 25 qəpik kimi göstərilib.
Bundan başqa, 104, 184, 188, 165, 151, 105, 103,189, 100, 171 saylı marşrutlarda da gediş haqqı əvvəllər 20 qəpik idi. İndiki siyahıda isə onlarda gediş haqqı 25, 30 və 35 qəpiyədək artırılıb. Amma gediş haqqı azalan marşrutlar da var. Məsələn, 132 və 124 saylı saylı marşrutda gediş haqqı 30 qəpik olsa da, indi 25 qəpiyə enib.
Tarif Şurasının açıqladığı qiymətləri bir də təqdim edirik:
Gediş haqqı 20 qəpik olanlar: 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92, 93, 94, 95, 96, 97, 98, 99, 102, 106, 111, 112, 113, 118, 119, 133, 135, 138, 139, 142, 143, 144, 145, 148, 156, 158, 159, 162, 168, 169, 170, 174, 178, 182, 190, 198, 204, 206, 208, 209, 210, 213, 216.
Gediş haqqı 25 qəpik olanlar: 104, 105, 108, 109, 110, 116, 117, 120, 121, 124, 125, 129, 132, 134, 137, 140, 147, 151, 153, 154, 155, 161, 163, 165, 166, 167, 176, 177, 179, 180, 183, 184, 185, 186, 188, 191, 193, 196, 199, 201, 202, 205, 211, 214, 217.
Gediş haqqı 30 qəpik olanlar: 103, 123, 126, 127, 128, 130, 131, 146, 149, 152, 160, 173, 175, 181, 189, 192, 194, 203, 207, 215
Gediş haqqı 35 qəpik olanlar: 100, 107, 136, 141, 157, 164, 171, 172, 197, 200, 212
Gediş haqqı 50 qəpik olanlar: 101, 114.
Gediş haqqı 70 qəpik olanlar: 187
Gediş haqqı 80 qəpik olanlar: 115, 122, 150, 195.



