Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə “İDEF - 2017” sərgisində iştirak edən Azərbaycan nümayəndə heyəti mayın 9-da sərginin pavilyonlarına baxış keçirib.
525.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Nazir müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.