|
|
|
|

Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycanın adını daşıyan məktəbdə “28 May - Respublika günü”nə həsr edilmiş rəsm müsabiqəsi keçirilib.
Azərbaycanın bu ölkədəki səfirliyindən verilən məlumata görə, səfir Elxan Poluxov məktəbi ziyarət edərək müsabiqənin qaliblərini mükafatlandırıb.
Şagirdlərə müxtəlif hədiyyələr təqdim edən səfir məktəb rəhbərliyi ilə müzakirələr aparıb, gələn il bu təhsil ocağında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və “28 may – Respublika günü”nün 100 illiyi ilə bağlı təntənəli tədbirlərin keçirilməsi danışılıb.
Sonra şagirdlər Azərbaycanla bağlı nitq söyləyərək mahnılar oxuyub, müxtəlif şən səhnəciklər ifa ediblər.
Qeyd edək ki, Azərbaycanın adını daşıyan məktəbdə hazırda 700-dən artıq şagird oxuyur və 50-yə yaxın müəllim heyyəti çalışır. Məktəb Rio-de-Janeyronun mərkəzi məktəblərindən biridir.
Ceyhun ABASOV



