"Hacı Cavad" məscidinin inşa olunacağı yeni ərazinin sahəsi 14 sotdur. Biz artıq ərazi ilə tanış olmuşuq. Yeni tikilən məscid köhnə məsciddən fərqli olaraq, daha geniş və daha gözəl olacaq".
Bunu APA-ya açıqlamasında "Hacı Cavad" dini icmasının sədri Kənan Əzizov deyib.
"Azərbaycan prezidenti cənab İlham Əliyev sağ olsun ki, məscid köçürmə ərazisinə düşdükdən sonra göstəriş verdi, xüsusi komissiya yaradıldı və yeni ünvanda məscidin inşası üçün tapşırıq verildi. Bu, çox humanist, çox müdrik qərardır.
Buna görə prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Mütəmadi olaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə birgə məscidin inşa olunduğu əraziyə baş çəkirik. İnşaat işləri öz qaydasında gedir".