|
|
|
|

İyulun 30-da Bakıda “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsində Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə Ümumdünya insan alverinə qarşı mübarizə günü qeyd edib.
Tədbirdə Azərbaycan DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID ) Azərbaycan nümayəndəliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Randall Olson, BMqT Azərbaycan Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak iştirak edərək insan alverinə qarşı mübarizə yolları barədə çıxış ediblər.
Beynəlxalq Təşkilatların ölkəmizdə olan təmsilçıləri Azərbacan dövlətinin İnsan Alverinə Qarşı Mübarizə sahəsində apardığı tədbirləri yüksək qiymətləndirib və bu mübarizə mexanizmlərin bir çox ölkələr üçün nümunə ola biləcəyini bəyan ediblər.
Öz növbəsində, H.Heydərov çıxış edərək rəhbərlik etdiyi idarərinin gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, ölkə prezidentin insan alverinə qarşı mübarizə sahəsində imzaladığı fərman və sərəncamların yüksək səviyyədə icra olunduğunu vurğulayıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi BMqT ilə birgə iyulun 28-də Gəncədə oxşar tədbir keçirib.
Ceyhun ABASOV



