|
|
|
|

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya və İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Həsrət Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 6-a təyin edilib.
Qeyd edək ki, radikal-dini ekstremist cinayətkar birliyin üzvü, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı Əliyev Həsrət Əlihüseyn oğlu 2017-ci il oktyabrın 27-də saxlanılıb.



