|
|
|
|

“Bayıl yamacında sürüşmə sahəsinin uzunluğu 200-220 metr, eni 100-130 metr, qırılma qaşının hündürlüyü 5-12 metr arasında dəyişir”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O qeyd edib ki, Zığda, Masazır və Nübar qəsəbələrində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub.
Qeyd edək ki, Bakı Televiziya Qülləsindən 200-250 metr cənub-şərqdə ötən ay sürüşmə prosesi baş verib. Sürüşmə nəticəsində 4 ev dağılıb.



