|
|
|
|
Aprelin 4-də Milli Kitabxanada Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyinə həsr edilən sərgi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, "Aşıq Şəmşir-125" adlı sərgidə sənətkarın müəllifi olduğu, habelə onun haqqında yazılmış kitablar, aşığın yaradıcılığından bəhs edən məqalələrin dərc olunduğu qəzet-jurnal materialları yer alıb.
Sərgi bir həftə davam edəcək.