Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən şadlıq evlərindən birindən xeyli miqdarda pul oğurlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, şadlıq evində keçirilən toy mərasimi zamanı qonaqlardan yığılan 5 min manat pul naməlum şəxs tərəfindən oğurlanıb. Paytaxt sakini Zakir Musayev oğurluqla bağlı dərhal polisə müraciət edib.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Ucar rayon sakini Ceyhun Məmmədov tərəfindən oğurlanması müəyyən edilib və o tutulub.
Qeyd edək ki, C.Məmmədov toya dəvət edilmiş şəxslər arasında olub.