|
|
|
|

Bakının Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolunda, Sədərək Ticarət mərkəzinin yaxınlığında zəncirvari qəza baş verib. Qaradağ rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, qəza zamanı Bakı-Qazax istiqamətində hərəkət edən sərnişin avtobusu, “Ford” markalı yük maşını və maye daşıyan maşın toqquşub.
Qəza zamanı sərnişin avtobusunda olan sərnişinlərdən xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar arasında bir azyaşlı da var. Ərazidə böyük tıxac yaranıb.
Hadisə yerinə polis, yanğınsöndürən və təcili yardım həkimləri cəlb olunub. Faktla bağlı araşdırma aparılır. 




