Belarusun paytaxtı Minskdə Ukrayna böhranının nizamlanması üzrə təmas qrupunun görüşü başa çatıb
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlar altı saata yaxın davam edib.
Görüşün yekunlarına dair hər hansı açıqlama verilməyib.
Danışıqlarda Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, Ukraynanın sabiq prezidenti Leonid Kuçma, ATƏT-in nümayəndəsi Haydi Talyavini və Ukraynadakı separatçı qurumların nümayəndələri iştirak edib.