|
|
|
|
Suriyada Rusiyaya məxsus İl-20 hərbi təyyarəsi vurulub.
Trend-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, təyyarəni Suriyanın S-200 hava hücumundan müdafiə sisteminin raketləri vurub. Təyyarədə 15 hərbçi olub. Onların həlak olduğu deyilir.
Qeyd olunur ki, gecə saatlarında təyyarə radarlardan itib. Daha sonra məlum olub ki, İsrailin F-16 qırıcılarının manevrləri nəticəsində Suriya raketləri Rusiya təyyarəsini vurub.