|
|
|
|
Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən Latviyanın keçmiş prezidenti Valdis Zatlers dünən Qəbələ rayonuna səfər edib.
APA-nın məlumatına görə, qonaq Qəbələdə “Tufan” dağ-xizək yay-qış istirahət kompleksinin inşası, “Gilan piano” MMC-nin “Beltmann” piano fabriki, “Fitnes” sağlamlıq mərkəzi, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, Qəbələ konserv və limonad zavodları ilə tanış olub.
V. Zatlersə bölgənin turizm imkanları barədə geniş məlumat verilib.
Qeyd edək ki, Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən müxtəlif ölkələrin 100-dən artıq siyasət, elm, təhsil, mədəniyyət və kütləvi informasiya vasitələri nümayəndələri oktyabrın 6-da Qəbələnin tarixi keçmişi, müasir turizm obyektləri və istehsal müəssisələri ilə tanış olublar.