|
|
|
|
Kanadada "OLG” şirkətinin keçirdiyi "6/49" milli lotereyasında kanadalı şəxs 5 milyon kanada dolları (3,9 milyon ABŞ dolları) udub.
Trend-in məlumatına görə, hazırda uduşlu kartın Ontario əyalətində satıldığı bilinir, lakin daha dəqiq məlumat hələ ki yoxdur.
Ənənəvi "təsəlliverici uduşu" 3 əyalətdən (Manitoba, Saskaçevan və Albert) birinin əyalətinin sakini qazanıb (770 min ABŞ dolları).
Qeyd edək ki, Kanada tarixində ən böyük cek-pot - 49, 5 milyon dollar 2015-ci ilin oktyabr ayında oynanılıb.