|
|
|
|
Alfred Nobelin şərəfinə hər il İsveçdə Nobel Komitəsi tərəfindən verilən mükafatların builki sahibləri bu gündən etibarən açıqlanmaya başlayıb.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Stokholmun Karolinskya Universitetində təşkil olunan mətbuat konfransında Nobel tibb mükafatını qazananların adı məlum olub.
Nobel tibb mükafatı İngiltərədən 79 yaşlı Con B. Qurdona və Yaponiyadan 50 yaşlı Şinya Yamanakaya verilib.